Mahir oynadı, komandası qalib gəldi - YENİLƏNİB

3.04.2022 20:55 569
Ölkə futbolu
Xorvatiya çempionatında 30-cu turun oyunları keçirilir.

Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su evdə autsayder "Draqovolyaç"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Emreli matçın 70-ci dəqiqəsində Bruno Petkoviçi əvəzləyib.

"Dinamo" (Zaqreb) - "Draqovolyaç" - 2:0
Andriç, 46. Smolçiç, 81- öz qapısına.

Bu qələbə ilə xallarını 60-a çatdıran "Dinamo" 1-ci, "Draqovolyaç" 14 xalla sonuncu-10-cudur.