Mahir oynadı, komandası qalib gəldi - YENİLƏNİR

3.09.2022 00:00 745
Ölkə futbolu / Manşet
Xorvatiya çempionatında 8-ci turun oyunları keçirilir.

Həmyerlimiz Mahir Emrelinin çıxış etdiyi "Dinamo" da növbəti görüşünə çıxıb. Zaqreb klubu "Riyeka"nı qəbul edib.

Millimizin futbolçusu matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 77-ci dəqiqədə oyuna daxil olub.

Xorvatiya çempionatı, 8-ci tur
"Dinamo" (Zaqreb) - "Riyeka" 3:1
Qollar: Rasmus Lauritsen, 28, Dario Spikiç, 30, Mislav Orşiç, 60 - Nikita Vlasenko, 84
"Maksimir" stadionu