Çempionşipdə çıxış edən Acun Ilıcalının sahibi olduğu ''Hall Siti''nin yarımmüdafiəçisi Ozan Tufan İngiltərədə adından söz etdirməkdə davam edir.
"Football-plus.az" xəbər verir ki, dünən ''Hall Siti'' çempionşipin 4-cü turunun açılış oyunu çərçivəsində öz meydanında ''Bristol Siti'' ilə qarşılaşdı.
Meydan sahibləri Ozanın erkən qolu ilə hesabda önə keçsələr də, qələbəni qoruya bilmədilər. Görüş 1:1 hesabı ilə yekunlaşdı. Türkiyəli yarımmüdafiəçi İngiltərədə məhsuldarlığı ilə diqqət çəkir. Ozan 2-ci turda ''Şeffild Uensdey'' ilə ev oyununda (4:2) peşəkar karyerasında ilk dəfə het-trik etmişdi. Yəni 28 yaşlı futbolçu 4 turdan sonra 4 qol vurub və hazırda bu göstəricisi ilə bombardirlər cədvəlinə başçılıq edir! Ötən mövsüm isə Ozan çempionşipdə 42 oyuna 8 qol vurmuşdu.
ƏLİ