Çempionatda görünməyən nöqsanlar da orda dərhal üzə çıxır. Xüsusən qapıçı mövqeyi elədi ki, səhvlərin qiyməti ağır, ödənilməsi mümkünsüz olur. “Linkoln” o dərəcədə zəif idi ki, Qurban Qurbanov Şahruddin Məhəmmədəliyevin səhvlərini görə bilməzdi. Ancaq “Rakuv”la səfər oyunu istisnasız dağıstanlı qapıçının hoqqalarına qurban getdi. Və o məğlubiyyətin əvəzini çıxmaq mümkün olmadı.
Qurban bəy üç çempionat oyununun heç birində Şahruddinə şans verməyəndə belə düşünənlər çox idi ki, yəqin avrokubok oyunları üçün qoruyur. Amma belə görünür ki, Luka Quqeşaşvili artıq baş məşqçinin etimadını qazanmağa başlayıb. Təcrübəli rus qapıçı Andrey Lunyovun da heyətə qoşulması qapı xəttində rəqabəti bir qədər də artıracaq. Qurbanovun "Lunyov bir müddət idi futbolsuz idi, ona görə də hazırda formada deyil. Amma o təcrübəli qapıçıdı, təcrübəsi bizə çox kömək edəcək” deməsi yeni kiperin də şans qazanacağına işarədi.
“Qarabağ”ın 4 qapıçısı arasında bu gün daha şanslı görünən Quqeşaşvilidi. Çox güman, ilk kobud səhvə qədər də belə davam edəcək. "Qarabağ"da hazırda 4 qapıçının yer almasına və Şahruddinin bu rəqabətdə necə davam gətirəcəyinə münasibət öyrənmək üçün Xəyal Zeynalova müraciət etdik:
"Luka Quqeşaşvili çempionatda pis təsir bağışlamır. Gürcü qapıçı avrokubokda "Olimpiya" ilə oyunda da özünü yaxşı tərəfdən göstərə bildi. Bununla da "Qarabağ"da böyük rəqabətin başladığını demək olar. Mövcud durum Şahruddinin çərçivədə tez-tüz dayanmayacağı deməkdi. Dağıstanlının son vaxtlar yol verdiyi ciddi səhvlərə görə də bonuslarını tükətdiyini nəzərə alsaq, rəqabət daha da qızışacaq. Məncə, əsas mübaruzə Luka ilə Lunyov arasında gedəcək.
Düşünürəm ki, avrokubok matçlarında bu 2 qolkiperlərə şans veriləcək. Şahruddin isə ölkə çempionatında şans qazana bilər. Amma yenə də baş məşqçinin necə seçim edəcəyindən çox şey asılıdı".
Düşünürəm ki, avrokubok matçlarında bu 2 qolkiperlərə şans veriləcək. Şahruddin isə ölkə çempionatında şans qazana bilər. Amma yenə də baş məşqçinin necə seçim edəcəyindən çox şey asılıdı".
ABDULLA İSMAYILOĞLU





