• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Xəyal Zeynalov: “Viktoriya” ilə oyundakı kobud səhvi heç bir baş məşqçi bağışlamazdı”

Ölkə futbolu / Manşet

31-10-2022, 12:0

Keçən cümə axşamı Avroliqanın qrupunda növbəti matçına çıxan "Qarabağ" "Nant"a uduzmaqla mübarizəni məhz bu turnirdə davam etdirmək şansını çətinə saldı.

Rəqib ilk qolu Şahruddin Məhəmmədəliyevin kobud səhvindən sonra vurdu. "Köhlən atlar"ın qolkiperinin kobud səhvləri sırasına biri də əlavə olundu. Onun çıxışını dəyərləndirməsi üçün “Sabah” Akademiyasının qaçılar üzrə məşqçisi Xəyal Zeynalovla əlaqə saxladıq:

"Şahruddin yaxşı qapıçıdı, hətta Azərbaycanın "1 nömrə”sidi. Amma hərdən nəyi necə etmək lazım olduğunu bilmir. Yəni həddən çox risk edir. Bu da iki məqamdan qaynaqlanır: ya Şahruddin özünə çox arxayındı, ya da oyunun axarını oxuya bilmir. "Qarabağ"ın qolkiperinin belə səhvləri xroniki xarakter alıb. Çempionlar Liqasının pley-offunda, səfərdə "Viktoriya" və başqa avrokubok oyunlarında hansısa səhvləriylə diqqəti çəkir. Şahruddin təkcə Azərbaycan yox, Avropa səviyyəsində qapıçıdı. Onun elə seyvləri var ki, hər qapıçı həmin qurtarışı edə bilməz. Deməyim odu ki, Şahruddin kimi qapıçı belə səhvlər etməməlidi. “Viktoriya” ilə oyundakı kobud səhvi heç bir baş məşqçi bağışlamazdı. Amma Qurban Qurbanov bunu etdi. Qapıçı kobud səhvlər edərək komandasını uğursuzluğa aparmasına rəğmən, yenə oynamaq şansı qazanırsa, bu birbaşa baş məşqçi amiliylə bağlıdı. Təbii, Qurban müəllim kimi mütəxəssisin yanaşması təqdirəlayiqdi. Hər məşqçi kobud səhvlərə yol verən futbolçuya güvənmir, onun arxasında durmur. Həqiqətən də Qurban müəllim futbolçularıyla yalnız məşqçi yox, həm də dost-qardaşdı. Amma başda Şahruddin olmaqla, zəif çıxış edən futbolçular bundan sui-istifadə etməməli və sıralanan səhvlərini aradan qaldırmalıdı. Səhvləri dərəcəsinə görə bağışlamaq olar. Lakin elə səhvlər var ki, göz yummaqla keçmək olmaz. Yenə deyirəm, bu Şahruddinin ilk səhvi deyil. Onun 20-21 yaşı da yoxdu ki, güzəşt edəsən. Düşünürəm ki, "Qarabağ"a səviyyəli qapıçı gətirilməli və güclü rəqabət olmalıdı. Quqeşaşvili, Ramazanov ilə Şahruddin arasında ciddi rəqabət olmadığını düşünürəm. Gürcü qapıçı son 11 turu nəzərə alsaq, 8 matçda qapını qoruyub, dağıstanlı isə 2 oyunda. Əslində ölkə çempionatında Ağdam təmsilçisinin qapıçı problemi yoxdu. İndi deyəcəyimlə heç bir komandanı aşağılamıram, amma premyer-liqada "Sabah"dan başqa "Qarabağ"a güclü müqavimət göstərən yoxdu. Odu ki, "köhlən atlar" gənc qolkiperlə də oyunları başa vura bilər. Azərbaycan çempionatıyla avrokubokları bir tutmamalıyıq. Komandada Şahruddini layiqincə əvəzləyəcək, hətta ona meydan oxuya biləcək "əlcək sahibi" yer almalıdı. Əks halda qapı xəttində güclü rəqabət olmayacaq. İki mövqe olduqca həssasdı: qapıçı və son müdafiəçi. Ona görə bu mövqelərdə daim bir-biriylə çarpışan, mübarizə aparan futbolçular olmalıdı. Bəlkə də "Nant"la oyun heç-heçəylə bitsəydi, bu gün Şahruddin çox qınanılmayacaqdı. Amma fakt odu ki, o, yaşına, təcrübəsinə yaraşmayan kobud səhv etdi və bundan nəticə çıxarmalıdı".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

27-08-2022, 16:0

Yunis Hüseynov "Qarabağ"ın bu komandadan 6 xal alacağına inanır - AÇIQLAMA

Avropa Liqası / Günün xəbəri

23-10-2022, 21:0

“Qarabağ”ı qayğılandıran məqam: Şahruddin və Bədavi “Nant”la matçda meydana çıxa biləcək?

Avropa Liqası

7-10-2022, 10:0

Şahruddin ən çox seyv edən qapıçılar siyahısında - Avroliqa

Manşet / Çempionlar Liqası

26-08-2022, 22:0

"Zəif çempionatı olan bir ölkədə "Qarabağ" Azərbaycanın yeganə top-komandasıdı" - Ağasəlim Mircavadov

Ölkə futbolu

22-05-2022, 13:0

Şahruddin 100-ə çatdı

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə