"Tənqid obyektimiz Qurban Qurbanov deyil"

11.08.2023 12:54 1 170
Aktual / Premyer-liqa
"Qarabağ" - "Zirə" oyununun 82-ci dəqiqəsində "İmarət Tayfa"nın üzvləri baş məşqçi Qurban Qurbanova yönələn "transfer elə" şüarını səsləndirdi.

Həqiqətənmi "köhlən atlar"ın ilk turdakı zəif çıxışı və məğlubiyyəti futbolçu çatışmazlığı ilə bağlıdı?

"Football-plus.az" olaraq bu sualı aydınlaşdırmaq üçün adı çəkilən fanklubun öncüllərindən Elnur Quliyevə müraciət etdik:

"Hər bir azarkeş klubunun daha yaxşı nəticələr qazanmasını istəyir. Bizim hədəfimiz və ya tənqid obyektimiz Qurban Qurbanov deyil. Futbolumuzun canlı əfsanəsini onun tərəfini saxlayan istənilən jurnalistdən çox sevirik. Amma məsələ odu ki, komandadan gedən futbolçuların yeri doldurulmayıb. Biz Qurban müəllim başda olmaqla bütün cavabdeh şəxslərdən səviyyəli oyunçuların transferini və yaxşı nəticələr gözləyirik. Tələbimizdə də haqlıyıq".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul