“Mançester Siti”nin yarımmüdafiəçisi Filip Foden əməliyyat olunub.
"Football-plus.az" xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsinin oyunları ilə əlaqədar İngiltərə millisinin düşərgəsində olan futbolçunun səhhətində problem yaranıb.
22 yaşlı Foden kor bağırsağından əməliyyat olunub. Onun təxminən bir ay yaşıl meydanlardan kənarda qalması gözlənilir.
Bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 36 oyuna çıxan Filip 13 qol vurub.