Bir neçə gün əvvəl müayinə nəticəsində “Union”un oyunçusunun xayasında şiş aşkarlanmışdı. Onun əməliyyatı uğurla keçib. Bu mövsüm bundesliqada 25 oyuna 1 qol vuran 26 yaşlı müdafiəçi buna görə həkimlərə təşəkkür edib:
“Qısa zamanda dəqiq diaqnoz qoyan və məni uğurla əməliyyat edən həkimlərə minnətdaram”.

