Qvardiola köməçisini itirdi

18.06.2022 16:49 371
Dünya futbolu
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın köməkçilərindən biri İngiltərə klubunu tərk edib.

"Football-plus.az" xəbər verir ki, Xuanme Lilyo “Əl-Sədd”in baş məşqçisi təyin olunub. Bu barədə Qətər klubunun saytı məlumat yayıb.

Qeyd edək ki, Lilyo 2020-ci ildən Qvardiolanın köməkçisi idi.