"Football-plus.az" Emerik Lyaport əməliyyat olunub. Bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola açıqlama verib. O, 28 yaşlı müdafiəçinin dizindəki problemə görə əməliyyat olunduğunu və ən azı sentyabra qədər futbol oynaya bilməyəcəyini bildirib:
“Lyaport uzun müddət zədəli halda oynayıb. O, ötən mövsümün son bir neçə oyununu zədə ilə keçirdi, inanılmaz səy göstərdi. Amma artıq bacarmadı. Zədə dizlə bağlı olduğu üçün belə anlarda diqqətli olmalısınız. Artıq əməliyyat olunub. Hər şey yaxşı olarsa, sentyabrda qayıdacaq”.


