Hazırda əməliyyatdan sonra bərpa prosesindən keçən Kevin De Bruyne futbol oynaya bilmədiyi üçün əhvalını heç də pozmur. O, belə vəziyyətdə motivasiyasını yüksəltməyi bacarır.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi komanda yoldaşlarına hədiyyələr alıb. ESPN-nin məlumatına görə, belçikalı futbolçu bütün oyundaşlarına platin “iPhone” markalı telefon hədiyyə edib. O, bu yolla komandanı ötən mövsüm premyer-liqa, İngiltərə kuboku və Çempionlar Liqasında titul qazanması münasibəti ilə təbrik edib.
Xatırladaq ki, Kevin İngiltərə çempionatının son mövsümündə 32 oyun keçirib, 7 qol vurub və 16 məhsuldar ötürmə edib. Onun MS ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdi.