UEFA Çempionlar Liqasında həftənin oyunçusunu seçib.
Qrup mərhələsinin ikinci turunun ən yaxşısı adına “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne layiq görülüb. 31 yaşlı belçikalı Dortmund "Borussiya"sı ilə oyunda (2:1) Con Stounsa məhsuldar ötürmə edib. Yarımmüdafiəçi 11,35 kilometr qaçıb. Onun ötürmə dəqiqliyi 67 faiz olub.