Əsgər Abdullayevi Məşqçilər Komitəsində kim əvəzləyəcək? - AÇIQLAMA

24.07.2023 12:37 386
Aktual
"İmişli"nin yeni baş məşqçi məlum oldu.

Bölgə təmsilçisinə Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev rəhbərlik edəcək. Bu təyinatla bağlı AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun reaksiyasını öyrəndik. Təcrübəli mütəxəssis "Football-plus.az"a açıqlamasında bunları dedi:

"Əsgər Abdullayev öz təcrübəsi ilə komandaya xeyir verəcək. O, bizimlə bu barədə məsləhətləşmişdi. Abdullayev kimi mütəxəssislərin iş başında olmağının tərəfdarıyıq. Onun "İmişli"yə baş məşqçi təyin olunması 1-ci liqada rəqabəti artıracaq. Ona yeni vəzifəsində uğurlar arzulayıram. Məşqçilər Komitəsinə yeni təyinat rəhbərliklə görüşdən sonra dəqiqləşəcək".


CAVİD ƏLİYEV