Son günlər bir çox futbolçunun adı “Qarabağ”la yanaşı hallanır. Ağdam klubundan bu xəbərlərin əksəriyyəti təkzib edilsə də, reallaşanlar da olur.
İndi də Lukas Piazonun ölkəmizə gələcəyi ilə bağlı informasiyalar var. Deyilənə görə, “Braqa”nın oyunçusu ilə şəxsi müqavilə razılaşdırılıb, hazırda klublar arasında danışıqlar gedir.
"Football-plus.az" xəbər verir ki, İtaliya vətəndaşlığı olan 29 yaşlı yarımmüdafiəçi son mövsümü “Botafoqo”da keçirib. Amma 2021-ci ilin yanvarında “Çelsi”dən keçdiyi “Braqa”ya məxsusdu. 11 il öncə “San Paulu”dan 7,5 milyon avroya “Çelsi”yə keçən, londonluların “Malaqa”, “Vitess”, “Ayntraxt”, “Ridinq”, “Fulhem”, “Verona”, “Riu Ave”yə icarəyə verdiyi oyunçu özünü doğrulda bilməyib. Elə “Braqa” da 2025-ci lə kimi müqaviləsi olan yarımmüdafiəçini vətəninə buna görə göndərmişdi. İndi isə Lukasın “Qarabağ”a gələcəyi iddia olunur.