• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

''Spartak'' ilk məğlubiyyətini Yekaterinburqda yaşadı – TURUN ŞƏRHİ

Dünya futbolu

16-08-2023, 19:0

Premyer-liqada hələ ki ''Krasnodar'' fırtınası əsir.
“Football-plus.az” xəbər verir ki, Vladimir İviçin komandası həm qələbələri sıralayır, həm də qapısını toxunulmaz saxlayır. Hesabat turunda ''öküzlər'' Orenburqdan inamlı qələbə ilə döndülər. Buna qədər ilk 4 tura ən yaxşı nəticəsi 8 xal olan ''Krasnodar'' bu mövsüm itkisiz irəliləyir. Üstəlik komanda 4 tura cəmi 1 qol buraxıb! Tura lider kimi daxil olan ''Spartak'' isə Yekaterinburqda mövsümdəki ilk məğlubiyyətlə üzləşdi. Özü də Moskva nəhəngi 90-cı (!) dəqiqəyə qədər hesabda öndə idi. 1-ci turda Moskvanın digər nəhəngi ÇSKA-nı da məğlub edən ''Ural'' son anlarda möcüzəvi geridönüş edərək turnir cədvəlində 2-ci pilləyə yüksəldi. Daha bir məğlubiyyətsiz kollektiv ''Krılya Sovetov''du. Samaralılar bu tur ''Lokomotiv''lə səfər oyununda hətta 3 xal qazanmağa da yaxın idilər. Amma qələbəni son saniyələrdə əldən verdilər.

Mövsümə uğursuz başlayan ''Zenit'' böyük çətinliklə autsayder ''Fakel'' üzərində qələbə qazandı. Görüşün son anlarında voronejlilər penalti qazanmağa yaxın idilər. Amma hakim monitora baxandan sonra penalti yox, hücumda qayda pozuntusu qeydə aldı. Yəni ''Fakel''in oyunçusu topu rəqibdən alarkən qaydanı pozmuşdu. Bu hücumdan sonra ''Zenit'' 2-ci qolu vurdu. Maraqlıdı ki, qələbəyə baxmayaraq, Sankt-Peterburq təmsilçisi hələ də Sergey Semakın başçılığı altında ən pis startını reallaşdırıb. Buna qədər 4 turdan sonra ən pis nəticə 8 xal idi (2022/23). ''Fakel'' bu mövsüm hesabında xal olmayan yeganə komandadı. Hətta ötən mövsümü də nəzərə alsaq, Voronej təmsilçisinin elitadakı məğlubiyyət seriyası 5 oyuna bərabərdi. Klub tarixinin antirekordunun təkrarlanması üçün ''Fakel'' növbəti turda da uduzmalıdı. Ötən həftə ''Zenit''i məğlub etməklə diqqəti çəkən ''Dinamo'' bu dəfə debütant ''Baltika''nı evə əliboş yola saldı. ÇSKA isə ''Soçi'' ilə oyunda çətin qələbə qazandı. Bütün ikinci hissəni azlıqda keçirmək məcburiyyətində qalan qonaqlar 77-ci dəqiqədə hesabı bərabərləşdirsələr də, xal qazanmaq mümkün olmadı. Oyunda son nöqtəni qoyan və 17 yaş 329 günlüyündə fərqlənən Ryadno XXI əsrdə ÇSKA-nın heyətində premyer-liqada qol vuran ən gənc 2-ci oyunçu oldu.

4-cü tur
Zenit - Fakel 2:0
Sergeyev, 16. Mantuan, 90+8.
Zenit: Kerjakov, Fernandes (Alip, 79), Karavayev, Yerakoviç, Renan, Santos, Vendel (Yeroxin, 68), Vasilyev, Klaudinyo (De Keyroş, 89), Sergeyev (Sutormin, 89), Kassyerra (Mantuan, 79).
Ural - Spartak 3:2
Mişkiç, 45+2. Yeqoriçev, 90. Bikfalvi, 90+4 - Bonqonda, 53. Sobolev, 81.
Spartak: Svinov, Denisov (Xluseviç, 74), Litvinov, Cikiya, Ryabçuk, Martins, Zobnin (Umyarov, 74), Bonqonda (Zinkovski, 74), Medina (İqnatov, 56), Promes, Sobolev.
ÇSKA - Soçi 3:1
Corceviç, 53-öz qapısına. Zabolotnı, 88. Ryadno, 90+4 - Silveyra, 77.
ÇSKA: Torop, Qlebov (Ryadno, 46), Nababkin, Roşa, Moyzes, Oblyakov, Zdelar, Mendes (Qayç, 84), Muxin (Kuçayev, 72), Çalov, Zabolotnı.
Lokomotiv - Krılya Sovetov 1:1
Maradişvili, 90+3 - Rasskazov, 86.
Lokomotiv: Lantratov, Nenaxov, Poqostnov, Fasson, Tiknizyan (Samoşnikov, 70), Barinov, Karpukas (Maradişvili, 79), Qluşenkov, Mirançuk (Rıbçinski, 54), Pinyaev (İzidor, 54), Sarveli.
Orenburq - Krasnodar 0:2
Spertsyan, 67; 89-p.
Dinamo - Baltika 2:0
Bessmertnı, 55. Makarov, 75.
Rostov - Rubin 3:0
Komliçenko, 51. Lanqoviç, 78. Qolenkov, 88.
Nijni Novqorod - Axmat????
?????
1. Krasnodar 4 4 0 0 8-1 12
2. Ural 4 3 1 0 7-3 9
3. ÇSKA 4 3 0 1 11-6 9
4. Spartak 4 3 0 1 11-7 9
5. Krılya Sovetov 4 2 2 0 11-6 8
6. Dinamo 4 2 1 1 9-8 7
7. Rostov 4 2 1 1 7-7 7
8. Zenit 4 2 1 1 7-4 7
9. Lokomotiv 4 2 1 1 8-8 5
10. Soçi 4 1 0 3 4-7 3
11. Axmat 3 1 0 2 5-6 3
12. Baltika 4 1 0 3 3-7 3
13. Rubin 4 0 2 2 4-10 2
14. Nijni Novqorod 3 0 1 2 0-3 1
15. Orenburq 4 0 1 3 3-8 1
16. Fakel 4 0 0 4 3-10 0
Bombardir: Çalov (ÇSKA) - 4.
Növbəti turun oyunları avqustun 18-20-si aralığında keçiriləcək: Rubin – Krılya Sovetov, Dinamo – ÇSKA, Baltika – Ural, Krasnodar – Lokomotiv, Soçi – Rostov, Fakel – Nijni Novqorod, Spartak – Zenit, Axmat – Orenburq.

Oyundan sonra
Sergey Semak, ''Zenit''in baş məşqçisi:
''Hakimliyi şərh etmək istəmirəm. Dərhal dedim ki, hakimlik belə davam etsə, oyun dava-dalaşla bitəcək. Şərh verməyəcəm. Çünki cəza almaq istəmirəm. 1:0 həmişə sürüşkən hesabdı. 2-ci qolu vaxtında vursaydıq, oyun bu qədər çətin keçməzdi. Çünki cəmi bir top geridə olan rəqib bilir ki, vəziyyəti düzəltmək iqtidarındadı. Fasilədən sonra əsəbi oyun oldu. Mübarizə çox idi. Biz hələ də maksimum formamızı bərpa etməmişik. Çünki komandanın yarısı müxtəlif səbəblər üzündən hazırlıq dönəmində iştirak etməyib. Hələ ki əlimizdə olan imkanlardan maksimum nəticə qazanmağa çalışacağıq. Bir gün dincəlib ''Spartak''la oyuna hazırlaşacağıq. Komandaların turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq ,''Spartak''la ''Zenit''in oyunu hər zaman prinsipial xarakter daşıyır. Ümid edirəm ki, maraqlı oyun olacaq''.

Gilyermo Abaskal, ''Spartak''ın baş məşqçisi:
''81-ci dəqiqədə hesabda önə keçəndən sonra düşündük ki, qələbə artıq cibimizdədi. Növbəti dəfə standart vəziyyətlər zamanı yaxşı müdafiə oluna bilməməyin əziyyətini çəkdik. 3-cü buraxdığımız qola isə məntiqi izah tapa bilmirəm. Təəssüf ki, futbolda bəzən belə acı sürprizlər olur. Hesabda öndə olarkən geri çəkilməklə yox, topa sahib olmaqla qələbəni qorumaq ən yaxşı üsuldu. Biz həm topa sahib ola bilmədik, həm də özümüzü təcrübəli komanda kimi aparmadıq. ''Ural''a qarşı səfərdə oynamaq bütün klublar üçün çətindi. Uzun ötürmələrdən çox istifadə edirlər. Gərək ikili mübarizələrdə diqqətli olasan. Amma digər tərəfdən ortada faciəvi bir durum yoxdu. Cəmi 4 tur arxada qalıb. Qarşıda hələ çox oyun var. Komandanın bu məğlubiyyətə verəcəyi reaksiyadan çox şey asılı olacaq''.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-06-2023, 16:0

“Spartak” 2-ci pilləyə yüksəlmək “istəmədi” - TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 15:0

Kadili “Krasnodar” qarşısıalınmazdı – TURUN ŞƏRHİ

Dünya futbolu

7-06-2023, 21:0

ÇSKA gümüş medalları əldən vermədi – TURUN ŞƏRHİ

Dünya futbolu

8-08-2023, 22:0

“Spartak” “Zenit”dən 5 xal aralandı

Dünya futbolu

3-05-2023, 18:0

Malkom coşdu, “Zenit” şou göstərdi - TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 17:0

“Loko” və Dzyuba “Zenit”lə bacara bilmədi – ŞƏRH

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə