8:1 udub, amma narazıdı!

22.08.2023 23:10 282
I liqa / Manşet
Yeni mövsümdə 1-ci liqanın iddialılarından olacaq "Zaqatala" növbəti yoxlama oyununda “Kür-Araz"ı qəbul edib.

Qarşılaşma zaqatalalıların 8:1 hesablı qələbəsiylə başa çatıb. Amma… "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədovun "Football-plus.az"a dedikləri:

"Qələbə qazansaq da, heç də məmnun deyiləm. Çünki üzərimizdə təzyiq, rəqibdən müqavimət görmədik. Rəqibi qətiyyən aşağılamıram. Amma 1-ci liqa ilə yeni yaradılan 2-ci liqa arasında böyük fərq var. İmişli təmsilçisi yenidən qurulan komandadı. Onlara gələcəkdə uğurlar arzulayıram. Oynadıq, qələbə qazandıq, amma səhvlərimizi, çatışmazlıqları görə bilmədik".


ABDULLA İSMAYILOĞLU