Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) - “Qarabağ” matçı keçiriləcək.
“Football-plus.az” xəbər verir ki, Ağdam klubu bilet satışı ilə bağlı paylaşım edib. Həmin paylaşımda bildirilir ki, matçı “Miejski” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər oyun günü - iyulun 26-da saat 18z15-dən etibarən D sektorunun yaxınlığında satılacaq. Biletin qiyməti 55 zlotdu (PLN).
Qeyd edək ki, bilet satışını meydan sahibi "Rakuv" klubu həyata keçirir.