Millimiz Yunanıstana qarşı

22.08.2023 10:52 204
İdman
Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət millimiz bir günlük fasilədən sonra bu gün növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, rəqib Yunanıstan yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 19.00-da start götürəcək və "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, hazırda komandamız turnir cədvəlində 3 xalla 3-cü pillədə qərarlaşıb.

22 avqust
Avropa çempionatı, C qrupu
Azərbaycan - Yunanıstan