Yüksək liqada final oyununun vaxtı bilindi

5.05.2022 11:40 386
İdman
Futzal üzrə Yüksək Liqada 3-cü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, hər iki görüş mayın 7-də Bakı İdman Sarayında keçiriləcək.

Əvvəlcə meydana bürünc medalın sahibini müəyyənləşdirmək üçün “Neftçi” İK və “Baku Fire” komandaları çıxacaq. Bu görüş saat 12:00-da start götürəcək. Həmin gün saat 15:00-da isə final qarşılaşması olacaq. “Araz-Naxçıvan” və EKOL ölkə çempionunun adına aydınlıq gətirəcək.

Bu görüşdən sonra mükafatlandırma mərasimi keçiriləcək. Hər iki oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.