Futzal üzrə dünya çempionatının əsas mərhələsinin 6-cı qrupunda Azərbaycan millisi bu gün ilk oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi komanda Bakı İdman Sarayında Polşa futzalçıları ilə qarşılaşacaq. Saat 20.00-da başlayacaq və "CBC Sport"tele kanalı vasitəsilə canlı yayımlanacaq oyunu izləmək istəyənlər üçün zala giriş sərbəst olacaq.
Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Futzal, DÇ-2024-ün əsas mərhələsi, 6-cı qrup
7 oktyabr
20.00 Azərbaycan - Polşa
Hakimlər: Aslan Qalayev, Talqat Kosmukhambetov, Turekhan Tursumbayev (hamısı Qazaxıstan)
Timekeeper: Rza Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Sven Eikler (Almaniya)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)