Millinin Yunanıstanla oyununun vaxtı bəlli oldu

7.12.2022 15:17 298
Ölkə futbolu
Futzal üzrə Azərbaycan millisinin Yunanıstana qarşı keçirəcəyi 2024-cü il dünya çempionatının əsas seçmə mərhələsinin oyununun məkanı və saatı bəlli olub.

Football-plus.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Bakı İdman Sarayındakı qarşılaşma saat 20.00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması hazırda 6-cı qrupda 6 xalla liderdi. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudu.