Mövsümə Kayseri səfərindəki qolsuz bərabərliklə başlayan ''Qalatasaray'' dünən superliqanın 2-ci turu çərçivəsində ''Trabzonspor''la qarşılaşdı.
"Football-plus.az" xəbər verir ki, son çempion Mauro İkardinin qolları sayəsində iddialı rəqibini 2:0 hesabı ilə məğlub edərək mövsümdə ilk qələbəsini qazandı. Argentinalı ulduz sarı-qırmızı formada 30-cu rəsmi oyunda vurduğu qolların sayını 26-ya yüksəltdi. 30 yaşlı futbolçu prinsipial rəqiblərlə görüşlərdə uğurlu seriyasını davam etdirir. İkardi Türkiyədəki ilk mövsümündə ''Fənərbaxça'', ''Beşiktaş'' və ''Trabzonspor''a qarşı keçirdiyi 5 oyuna 6 dəfə fərqlənmişdi. Bu dəfə İkardi aktivinə daha 2 qol yazaraq George Hacinin rekordunu tekrarladı. Belə ki, buna qədər ''Qalatasaray''ın heyətində digər 3 nəhəngə qarşı superliqa matçlarında məhz Haci hamıdan çox - 8 qol vurmuşdu.
ƏLİ