İkardi rəsmən "Qalatasaray"da

9.09.2022 10:33 447
Dünya futbolu
"Qalatasaray" yeni transferi Mauro İkardi ilə müqavilə imzalayıb.

"Footbal-plus.az" xəbər verir ki, İstanbul təmsilçisi argentinalı forvardla 1 illik icarə sözləşməsi imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-qırmızılar" İkardi üçün PSJ-yə icarə haqqı ödəməyəcək. Futbolçunun maaşının isə 750 min avrosunu "Qalatasaray" verəcək.