"Qarabağ"ın oyununa neçə bilet satılıb?

17.08.2023 11:13 236
Manşet / Avropa Liqası
"Qarabağ" bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Finlandiyada HİK-in qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 20.00-da başlayacaq. Baş hakim Villi Delajodun start fitinə 9 saatdan az qalıb. Bu baxımdan oyunu tribunalardan izləyəcək azarkeşlərin sayı maraqlıdı.

"Football-plus.az" saytının əldə etdiyi məlumata görə, qarşılaşmaya indiyə qədər 6000 bilet satılıb. Oyunun keçiriləcəyi "Bolt Arena" isə 10 min yerlikdi.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

KƏNAN BAHADIR