Cokoviç Toronto turnirindən çəkildi

26.07.2023 22:00 222
İdman
Serbiyalı tennisçi Novak Cokoviç avqustun 7-də Torontoda start götürəcək “Masters” seriyalı turnirdən çəkilib.

"Football-plus.az" xəbər verir ki, turnirin əsas torunda onu Kristofer Yubenks əvəz edəcək. Serb ulduz ATP-nin saytına verdiyi açıqlamada qərarını yorğun olmasıyla bağlayıb:
“Çox ümid edirəm ki, yaxın illərdə Kanadaya və Torontoya qayıda, möhtəşəm publika önündə oynaya biləcəm”.


Cokoviç cari mövsümdə ikisi “Böyük dəbilqə” turnirində olmaqla üç titul qazanıb. “Uimbldon” turnirində isə finala qədər irəliləsə də, Karlos Alkarasa uduzub.