Cokoviç 46-cı dəfə “Böyük dəbilqə”nin yarımfinalında!

12.07.2023 22:41 232
İdman
Dünyanın 2-ci raketkası Novak Cokoviç “Uimbldon” turnirinin 1/4 finalında Andrey Rublevi məğlub edib.

“Football-plus.az” xəbər verir ki, serb ulduz karyerasında 46-cı dəfə “Böyük dəbilqə” turnirlərinin yarımfinalına vəsiqə qazanmaqla bu göstəricidə Rocer Federerin rekordunu təkrarlayıb. Novak yarımfinalda Yannik Sinnerlə qarşılaşacaq.