• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Asif Məmmədov: “Mövsümə nə fiziki, nə də psixoloji cəhətdən tam hazırıq” - MÜSAHİBƏ

Premyer-liqa / Manşet / Müsahibə

18-08-2023, 18:0

“Qəbələ” 2022/23 “futbol ili”ndə ən iddialı komandalar sırasında idi.

İlk “4-lük”də qərarlaşmağı bacaran əyalət təmsilçisi ölkə kubokunu da başı üzərində qaldırıb azarkeşlərinə əsl futbol bayramı yaşatmışdı. Məhz bu üzdən tərəfdarların yeni mövsümlə bağlı gözləntiləri artmışdı. Düzdü, komandanın ən etibarlı fanklubu “Red Black Army” qəzetimizə açıqlamalarında vəziyyəti anladıqlarını və çatışmazlıqların tezliklə aradan qaldırılacağına inandıqlarını dəfələrlə qeyd ediblər. Lakin reallıq odu ki, onlar belə, startın bu qədər uğursuz olacağını təxmin etmirdi. İndi sosial şəbəkələrdə, üstəlik klubun rəsmi hesablarında xeyli tənqid oxuyuruq. Görünür, azarkeşlər hələ də aparıcı futbolçuların komandadan ayrılmasını həzm edə bilmir. Yeni transferlər isə qətiyyən onları qane etmir. Çünki Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Omoniya” (Cənubi Kipr) “Qəbələ”ni ümumilikdə 7:3 hesabı ilə məğlub etdi. Misli premyer-liqasının ilk iki turu da fiasko ilə nəticələndi: 0 xal, 7 cavabsız qol! Narazılıqları nəzərə alıb kritik durumla bağlı baş məşqçi Elmar Baxşıyevlə danışmaq istədik. Təəssüf ki, arzumuza çata bilmədik. Çünki çalışdırıcı “Araz-Naxçıvan”la matçdan sonra danışmaq istədi. Deyəsən, sözügedən oyunun 0:2 hesablı məğlubiyyətlə bitməsi mütəxəssisi fikrindən daşındırdı. Daha sonra kapitan Urfan Abbasova müraciət etdik. Bu dəfə də zənglərimiz cavabsız qaldı. Nəhayət, digər kapitan Asif Məmmədovla əlaqə yarada bildik. Futbolçu ilə söhbət zamanı başverənlər və bundan sonrakı planlar haqda məlumat aldıq.

- “Qəbələ” yeni mövsümdə 4 rəsmi matçda meydana çıxıb, lakin birində də qələbə qazana bilməyib. Hazırda komandanın vəziyyəti ilə Konfrans Liqası və ölkə kuboku hədəfləri arasında uçurum var. Azarkeşlər çox narahatdı...
- İnanın ki, klub daxilində hər kəs ən azı onlar qədər narahatdı. Düzdü, deyəcəyim səbəbləri daha öncə dəfələrlə açıqlamışıq. Lakin yenə deyirəm ki, heyət yenidən formalaşdırıldı. Yay fasiləsindən istədiyimiz kimi yararlana bilmədik. Bəzi futbolçular məşqlərə gec qoşuldu. Təlim-məşq toplanışları da, demək olar ki, faydasız alındı. Zaman az olduğundan tələsik oyunlar keçirdik. Üstəlik oyunçuların əksəriyyətinin yaşadığı problemlər planlarımızı gecikdirdi. Mövsümə nə fiziki, nə də psixoloji cəhətdən tam hazırıq.

- Araşdırmalarımız zamanı bəlli olur ki, yeni transferlər o qədər də uğursuz deyil. Karyeralarını qənaətbəxş saymaq olar. Amma nəticələr ürəkaçan deyil. Uyğunsuzluğun səbəbi nədi?
- Elədi ki var. Futbolçuların çoxu Azərbaycan premyer-liqasında ilk dəfə çıxış edirlər. Bu da öz mənfi təsirini göstərir. Birincisi, hər birinin özünəməxsus keyfiyyətləri, fərdi ustalığı var. Bunu danmaq olmaz. Lakin komanda ilə birlikdə yaxşı performans göstərə bilmirlər. Uyğunlaşmaları üçün xeyli vaxt lazımdı. Oyunları izləyərkən bu çatışmazlıqları görürük. İkincisi, vacib epizodlarda bir-birini anlaya bilmirlər. Fərdi bacarıqları hesabına bir yerə qədər gəlsələr də, həlledici məqamda yanlış addım atırlar. Halbuki bu baş verməsə, indi turnir cədvəlindəki yerimiz fərqli olacaqdı.

- “Qəbələ”nin baş meneceri Nail Kərimov ötən saylarımızdan birində ölkə kuboku və Konfrans Liqası hədəfləri haqda danışdı. Digər tərəfdən, Elmar Baxşıyev deyir ki, daha bir neçə futbolçuya ehtiyac var. İndiki durumu necə dəyərləndirirsiz? Bu açıqlamalar fonunda hədəflərə çatmaq real görünür?
- Əslində bu sualın cavabı şəraitdən asılı olaraq dəyişir. Hazırki vəziyyətə görə danışsam, indiki komanda ilə təbii ki, mümkünsüzdü. Daha dəqiq desəm, tarixi uğur qazanmaq üçün bizə ancaq möcüzə kömək olar. Digər premyer-liqa klublarının islahatları da göz qabağındadı. Qarşıda rəqabətli “futbol ili” var... Amma Elmar müəllimin dediyi kimi, yeni futbolçular gəlsə, vəziyyət dəyişəcək. O zaman daha iddialı danışa bilərik. Hədəflərimizə köklənə bilmək asanlaşar. İndi bir məğlubiyyətin zərbəsini həzm etməmiş digəri gəlirsə, hansısa yüksək göstəricidən söhbət gedə bilməz.

- Komandanın içində olan biri kimi Elmar Baxşıyevin fəaliyyəti haqda nə düşünürsüz? Sosial şəbəkələrdə baş məşqçini tənqid edənlərin sayının artdığını görürük. Halbuki ötən mövsümün sonunda çoxu onu əsas millimizin çalışdırıcısı postuna namizəd kimi dəyərləndirirdi...
- Elmar müəllim məsuliyyətli mütəxəssisdi. Ən kiçik çatışmazlığı, uğursuzluğu həzm etmək istəmir. Həmişə daha yüksək nəticələr uğrunda mübarizə aparır. Başverənlərin səbəbkarı məhz o olmasa da, məsuliyyət onun üzərindədi. Çalışır ki, ən qısa zamanda vəziyyətdən çıxış yolunu tapsın. Məşqlərimiz davam edir. Sadəcə, daha çox zaman lazımdı ki, “relsə düşək”.

- Mən “Qəbələ” – “Omoniya” matçını tribunadan izlədim. Sözün düzü, “qırmızı-qaralar”ın yay fasiləsindən sonra ilk matçdakı performansı gözlədiyimdən daha yaxşı oldu. Az qala kiprlilərə qalib gələcəkdiz. Amma səfər matçı arzuları puç etdi. Sanki komanda ən yaxşı formasını bir anda itirdi. Buna nə səbəb oldu?
- Həmin gün stadionda hansısa jurnalist sonrakı matçlarla bağlı gözləntilərimi soruşsaydı, nikbin cavab verməyəcəkdim. Niyə? Çünki futbolçuların hazırlıq səviyyəsinin yaxşı olmadığından xəbərdar idim. Oyun tərzinin yüksək səviyyədə olmasının əsas səbəbi azarkeş dəstəyi idi. 2000-ə yaxın tərəfdar sona ana qədər bizi dəstəklədi. Yeni transferlərimiz həmin ab-havaya, hətta daha yaxşılarına öyrəşdiyi üçün rahat oynadı. Məncə, premyer-liqa matçlarına da o qədər azarkeş gəlsə, komanda həminki oyunu yenidən göstərə bilər. Təəssüf ki, futbolçular 300-500 azarkeş önündə oynamağa öyrəşməlidi...

- Qarşıda sizi “Sumqayıt”la matç gözləyir. “Gənclik şəhəri”nin təmsilçisi “Səbail”i məğlub etdi. “Dənizçilər” də öz növbəsində “Neftçi” ilə “sülh”ə razı oldu. Nə düşünürsüz? Növbəti oyundan sonra turnir cədvəlində “Qəbələ”nin adının önündə qələbə görəcəyik?
- Meydana qələbə üçün çıxacağıq. Durum yaxşı olmasa da, gündən-günə formalaşırıq. İnşallah, matç günündə qədər daha fərqli “Qəbələ” ola bilərik. Təslim olmağın tərəfdarı deyiləm. İnanıram ki, tezliklə əvvəlki gücümüzü bərpa edəcəyik. Elmar Baxşıyev də “Sumqayıt”ın ilk oyununu təhlil edib komandaya lazımi tapşırıqları verəcək. Əminəm ki, deyilənlər meydanda yerinə yetirilsə, zəfər bizimlə olacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

1-08-2023, 12:0

"Red Black Army" qələbə gözləyir

Manşet / Konfrans Liqası

6-08-2023, 12:0

“Ölkə kubokunun finalında "Neftçi"ni məğlub edən heyətimiz qalsaydı…”

Premyer-liqa

6-08-2023, 21:0

“Red Black Army” “Sabah” azarkeşinə “qorxaqlar” dedi

Dünya futbolu

15-07-2023, 23:0

“Qəbələ”nin rəqibi Polşa klubunu məğlub etdi

Manşet / Müsahibə

9-08-2023, 11:0

“Təəssüf ki, büdcəmiz buna imkan vermir” - MÜSAHİBƏ

Konfrans Liqası

26-07-2023, 10:0

“Omoniya”nın 3 futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
Son xəbərlər
  • Bu gün, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Bu gün, 21:35
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Bu gün, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Bu gün, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Bu gün, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Bu gün, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Bu gün, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Bu gün, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Bu gün, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Bu gün, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Bu gün, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Bu gün, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Bu gün, 15:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Bu gün, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Bu gün, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Bu gün, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Bu gün, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Bu gün, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Bu gün, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Bu gün, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Bu gün, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Bu gün, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Bu gün, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Bu gün, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Bu gün, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Bu gün, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • Dünən, 23:53
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • Dünən, 22:52
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 22:21
    FİFA daha bir qadağaya əl atıb, digərini yumşaltdı
  • Dünən, 21:50
    "Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
  • Dünən, 21:09
    Premyer-liqada dəyərini ən çox artıran və ən çox itirən futbolçular kimlərdi?
  • Dünən, 20:36
    Kukurelya hara üz tutacaq?
  • Dünən, 20:15
    ''Beşiktaş''da həllini gözləyən əsas məsələ - Ərsin Destanoğlu hansı qərarı verəcək?
Daha çox
Oxunub: 728
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 491
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 257
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 198
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə