"Zirə" - "Kəpəz" oyununu izləyənlər arasında qonaqların idman direktoru Mehman Allahverdiyev də var idi.
Gəncə futbolunun əfsanəsi məğlub olduqları qarşılaşma sonrası fikirlərini "Football-plus.az"a bölüşdü.
- Mehman müəllim, oyunla bağlı fikirləriniz maraqlıdı...
- "Neftçi"ylə oyundan sonra Zirəyə yaxşı əhval-ruhiyədə gəlmişdik. Məqsədimiz ən azı 1 xal götürmək idi. Amma alınmadı. Ümumi götürəndə komandamız pis oynamadı. "Zirə" yetərincə güclü rəqibdi, heyətindəki oyunçuları, maliyyə şərtlərini nəzəzə alsaq, müqayisə oluna bilmərik. Buna rəğmən, meydanda döyüşdük. Müdafiədə yaxşı təsir bağışlasaq da, hücuç xətdində çətinliyimiz var və bu, oyunlarda da özünü göatərir.
- Komandaya yeni transferlər ediləcəkmi?
- Bəli. Bu sahədə işlər gedir. Amma sırf maliyyə probleminə görə istədiyimiz oyunçuları ala bilmirik.
- Hansı mövqelərə yeni nəfəs lazımdı?
- Yuxarıda qeyd etdiyim kimi müdafiəmiz pis təsir bağışlamır. Düşünmürəm ki, arxa xətt oyunçusu alaq. Amma yarımmüdafiə və hücum xəttində kasadlığımız var. Həmin mövqelərə yeni oyunçular cəlb olunmalıdı. Təbii ki, bu mənim yanaşmamdı. Son qərarı baş məşqçi verir. Odu ki, Azər müəllim hansı mövqələri istəsə, ona da uyğun transferlər olacaq.
- Sponsor axtarışınız davam edirmi?
- Əlbəttə. Hər gün ümidlə maliyə şərtlərimizi yaxşılaşmağı üçün axtarışlar aparırıq.
- 3-cü turda "qərb derbisi” görəcəyik. Bu qarşılaşşmada nəyə ümid edirsiz?
- "Turan Tovuz"la oyunlarımız həmişə çətin keçib. Bununla belə, nikbinik. İnanıram ki, doğma meydanda Tovuz təmsilçisinə qalib gələcəyik.
ABDULLA İSMAYILOĞLU