• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Görünür ki, komanda yaxşı toplanış keçməyib”

Premyer-liqa / Manşet

14-08-2023, 23:0

Misli premyer-liqasının 2-ci turunun “Neftçi” - “Səbail” matçı (1:1) keçirilib.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra “ağ-qaralar”ın çalışdırıcısı Adrian Mutunun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Fiziki baxımdan bizim üçün çətin oyun oldu. Çünki komandada yorğunluq var idi. Rəqibin qapısı qarşısındakı epizodları qola çevirə bilmirdik. Oyunun ritmi bizim üçün çox yüksəkdi. Yaxşı məşq etməyə vaxt olmur. Sabah İstanbula yola düşürük. İstanbuldan qayıtdıqdan sonra bir gün fasilə ilə növbəti matça çıxacağıq. Vaxtımız olmur ki, futbolçuları oyunlara lazımı səviyyədə hazır edək. Fiziki baxımdan bizim üçün çətin perioddu”.


- Bu həftə "Sabah"ın çempionatdakı oyunu təxirə salındı. PFL-dən bildiriblər ki, "Qarabağ" və "Neftçi"yə də bununla bağlı təklif irəli sürülüb, imtina edilib. Bu məsələyə necə münasibət bildirəcəksiz?
- Bu oyunu təxirə salmaq gec idi. "Beşiktaş"la matçdan öncəki oyunu təxirə salmaq olardı. Müraciət etdik ki, həmin görüşü təxirə salaq, bizə yox cavabı verildi. Digər komandalara nəzər yetirsək, 5 oyun ardıcıl evdə oynayanlar var. Amma biz hər dəfə səfərə gedib-gəlməliyik. Çətin periodu adlayacağıq. Milli komandaların oyunlarına görə verilən fasilədən yararlanıb komandanın durumunu daha da yaxşılaşdıracağıq. Çoxlu enerji itirmişik. "Jelezniçar"la ev oyunundan sonra belə oldu. Növbəti mərhələ üçün bütün gücümüzü qoyduq. Ardınca səfərə getdik, Gəncədə uduzub qayıtdıq. "Beşiktaş"la matçda da sona qədər mübarizə apardıq ki, bərabərliyə nail olaq. Hətta bugünkü oyunda rəqibin qapısına gəlib çatdıqda, yorğunluq görünürdü və hücumu kifayət qədər effektiv bitirə bilmirdik. Bir neçə həftədən sonra komanda daha yaxşı olacaq. Bakı yanacaqla dolduracağıq ki, qarşıdakı oyunlarda səmərəli istifadə edək.

- Aaron Olanare birinci hissədə meydanda görünmədi. Onu niyə əvəzləmədiz?
- Aaronun artıq çəkisi yoxdu, sadəcə bədəni belədi. Onu mühakimə etməyimiz düzgün olmaz. Bizimlə cəmi 3 məşq edib. Onu əvəzləyəcək digər "9 nömrə"miz yoxdu. Öncəki oyunlara nəzər yetirsəz, Andre Şinyaşiki və Ozobiçi həmin mövqedə yoxlamışam. Yeni transferləri gözləyirik. Onlar gələndən sonra daha yaxşı olacaq.

- İki tura bir xal qazanmısınız və növbəti turda "Sabah"la oynayacaqsız. "Neftçi"dən nə gözləyək?
- Onların da Belqrad səfəri var. Mənim üçün vacib olan amil odu ki, əlimdəki oyunçulara kifayət qədər zaman verim və onlar formalarını bərpa etsinlər. Başa düşürəm, hansı perioddayıq və fiziki hazırlığımız ürəkaçan deyil. Biz bunu qəbul edirik. Öz üzərimizdə işləyirik ki, milli fasilədən yaxşı istifadə edək. Hər matçda olduğu kimi "Sabah"la oyundan da qələbə gözləmək lazımdı. Onlar yaxşı komandadı. "Beşiktaş"la oyunda ikinci hissəni çox yaxşı keçirdik. Hətta bu gün bu gün də sürəti təyin edən komanda biz idik. Baxmayaraq ki, sürət görmək istədiyim durumda deyildi. Bir neçə epizodumuz oldu, amma bəxtsizlikdən qol vura bilmədik. Hazırda komanda 50 faizini nümayiş etdirir.

- Emin Mahmudov meydandan çıxanda kapitanlıq sarğısını Qara Qarayevə yox, Rəhman Hacıyevə verdi. Bunu siz istəmişdiz, yoxsa Eminin öz qərarı idi?
- Mənim tərəfimdən verilən qərar deyil, oyunçular öz aralarında danışıb qərar veriblər. Qara da meydanda idi, amma o, komandaya yeni qoşulub.

- Oyunun 20 dəqiqəsində Qara Qarayevə nəsə deyirdiz. Ondan narazı idiz?
- Meydanda onun mövqeyinə düzəliş edirdim. Siz də başa düşməlisiz ki, Qara son zamanlar çox dəqiqə ala bilmir. O da oynamalıdı ki, istədiyi ritmi ala bilsin. Ondan gözləntim daha da çoxdu, çünki güclü oyunçudu. Eyni şeyi Emindən də gözləyirəm. Eddi, Kilan da zədəlidi. Görünür ki, komanda yaxşı toplanış keçməyib. Biz də reallığa düz baxmalıyıq. Bilirik ki, hələ üzərimizdə işləməliyik. Sizə söz verirəm ki, qarşıdakı periodda daha yaxşı məşq edəcəyik, daha yaxşı oynayacağıq. Meydança amili də komandaya ağırlıq verirdi, istədiyimiz oyunu göstərə bilmirdik. Bu cür oyunlarda qələbə qazanmaq üçün yüksək ritm tətbiq etməlisən. Çünki rəqib 25 metrdə bütün komanda ilə müdafiədə oynayırdı. Aşağı ritmlə bu müdafiəni yarmaq çox çətin idi. Hər iki komandanın strategiyası müdafiədə dayanıb, əks-hücumlardan istifadə etmək idi. Meydanın rəqibə aid olan hissəsində çox güc sərf edəndə, özünə aid meydançanda boşluqlar buraxırsan. Üzücü məqam odu ki, bunu bilirdik və hazırlaşmışdıq. Əks-hücumların birində qapımızda qol gördük.

- Son dəqiqələrdə çox əsəbi idiz. Futbolçular istədiyinizi edə bilmirdi, yoxsa səbəb başqa idi?
- Çox hirsli idim, çünki məğlub olmağı xoşlamıram. Hətta evdə oğlumla futbol oynayanda da udmaq istəyirəm. Futbolu çox sevirəm, bu idmana çox həssas yanaşıram. Görəndə ki, komandam epizodu qola çevirə bilmir, bu, məni özümdən çıxarır. Bu kluba, oyunçulara inamım çox böyükdü. Bilirəm ki, onlar indikidən daha çoxunu edə bilərlər.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

6-08-2023, 19:0

“Üç gündən bir oynamağa hazır deyilik”

Premyer-liqa

12-08-2023, 15:0

“Sabah”ın matçı təxirə salındı

Dünya futbolu

12-03-2022, 14:0

Daha bir oyun təxirə salındı

Premyer-liqa / Manşet

2-05-2023, 22:0

“Hər iki komandanın futbolçularına təşəkkür edirəm”

Premyer-liqa / Manşet

14-12-2022, 22:0

Mahmud Qurbanov: "Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm, lakin..."

Premyer-liqa

16-10-2022, 17:0

"Bura asan stadion deyil" - Laurentsiu Regekampf

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
  • 6-06-2026, 23:0
    Futbol əfsanəsi vəfat etdi
  • 6-06-2026, 23:0
    İspaniyadan Niderlanda üz tutdu
  • 6-06-2026, 22:0
    “Nyukasl”dan ayrıldılar
  • 6-06-2026, 22:0
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • 6-06-2026, 21:0
    Bolonyada qərar tutdu
  • 6-06-2026, 21:0
    İstefası qaçılmaz oldu
  • 6-06-2026, 20:0
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 710
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 246
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 151
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə