“Sabah” klubu PFL-ə və “Sumqayıt” klubuna müraciət edib.
“Football-plus.az” xəbər verir ki, bunu qurumun rəsmi saytı açıqlayıb. Bildirilib ki, ölkəmizi Avropa Konfrans Liqasında təmsil edən “Sabah” klubu Serbiyanın “Partizan” klubu ilə cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə Misli premyer-liqasının 2-ci turunun “Sumqayıt”la görüşünün təxirə salınmasını istəyib.
“Sabah” klubunun rəsmi müraciətini, “Sumqayıt” klubunun rəsmi razılıq məktubunu əsas götürən PFL ölkə idmanının beynəlxalq səviyyədə daha yaxşı təmsil olunmasını rəhbər tutaraq Misli premyer-liqasının 13 avqust tarixinə nəzərdə tutulmuş “Sumqayıt” - “Sabah” oyununu təxirə salır. Görüşün yeni tarixi ilə bağlı əlavə məlumat PFL-in saytında veriləcək. Komandaların əvəzedicilər liqasında çıxış edən təmsilçilərinin oyunları qüvvədə qalır.
Qeyd edək ki, digər avrokubok təmsilçilərimizdən oxşar müraciət daxil olmayıb.