“Üç gündən bir oynamağa hazır deyilik”

6.08.2023 19:30 234
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 1-ci tura yekun vurulur.
"Football-plus.az" xəbər verir ki, "Kəpəz" "Neftç”ni qəbul edib — 1:0. Oyundan sonra qonaqların çalışdırıcısı Adrian Mutunun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Komanda yorğun idi. Hələ ki, üç gündən bir oynamağa tam hazır deyilik. İlk hissədə epizodları qola çevirə bilmədik. Böyük səhv etdik və bu, penalti ilə nəticələndi. Rəqib də bizi cəzalandırdı".


- Sanki futbolçularınızın fikri "Beşiktaş"la oyundadı. Rəqibi təhlil etmisiz?
— "Beşiktaş"la matçda da ağlımızdan yalnız qələbə keçir. Gəncəyə qalibiyyət üçün gəlmişdik. Məğlubiyyətə də, qələbəyə də layiq deyildik. Heç-heçə ədalətli nəticə olardı. Amma istənilən halda, "Kəpəz"i qələbə münasibəti ilə təbrik edirəm.

- Premyer-liqanın çempionluğa namizəd komandaları — "Qarabağ" və "Neftçi" ilk turda məğlub oldu. Demək olar ki, bu mövsüm hər iki komanda üçün çətin keçəcək?
— Bayaq dediyim kimi, üç gündən bir oynamaq çətindir. Xüsusən də bu cür isti havada. Çempionata qaldıqda, bəli, çətin olacağı gözləniləndir.

— «Qalatasaray"ın futbolçusu Olimpiu Morutanın adı "Neftçi" ilə hallanır. Bu haqda nə deyə bilərsiz?
— Bu haqda heç nə yoxdu.