Almaniya çempionatında daha bir oyun təxirə salınıb.
Bundesliqanın 26-cı turunun “Auqsburq” – “Maynts-05” matçı vaxtında baş tutmayacaq. Oyunun təxirə salınmasına qonaq komandanın bir çox oyunçusunun koronavirusa yoluxması səbəb olub.
Qeyd edək ki, daha əvvəl “Maynts-05”in bundesliqanın 25-ci turunda Dortmund “Borussiya”sı ilə oyunu da eyni səbəbdən təxirə salınmışdı.