• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Napoli”: 33 illik həsrətin sonu!

Dünya futbolu

14-08-2023, 23:0

Neapollular 2022/23 mövsümünü uzun müddət unutmayacaqlar.

“Football-plus.az” xəbər verir ki, İtaliyanın bu cənub şəhərinin sakinlərinin həsrəti düz 33 ildən sonra sona çatdı: onların sevimli komandası çoxlarının gözləmədiyi halda İtaliya çempionu oldu!

Spallettinin ilk İtaliya çempionluğu
Bəli, “Napoli” əfsanəvi Dieqo Maradonanın dövründən sonra, həm də XXI əsrdə ilk dəfə A seriyasının ən güclü komandası adını qazandı. Hər şey ilk turlardan Luçano Spallettinin komandası üçün əla alındı. Mövsüm ərəfəsində Lorentso İnsinye və Kalidu Kulibali kimi aparıcı oyunçularını itirən və heyətinə bir neçə yeni oyunçu cəlb edən cənublular ilk dövrəni birnəfəsə başa vurdular. Çempionluğa digər iddialıların müxtəlif problemlərindən də məharətlə yararlanan “Napoli” artıq 17-ci turda “qış çempionu” oldu. Spallettinin komandası bu il yanvarın 4-də “İnter”ə məğlubiyyətə (0:1) qədər 11 oyunluq qələbə seriyası müəyyən etdi. Məhz bu dövrdə kifayət qədər xal toplayan “mavilər”in praktiki olaraq rəqibsiz qaldığını xüsusi vurğulamalıyıq. Nəticədə cənublular mövsümün sonuna 5 tur qalmış çoxdan gözlənilən çempionluğu rəsmiləşdirdilər! Neapolun küçələrindəki böyük bayram ab-havası bir neçə həftə çəkdi. Şəhər əhli komandanın 3-cü çempionluğunu doyunca bayram etdilər...

Bunadək Rusiyada “Zenit”i iki dəfə çempionluğa daşıyan Spallettinin İtaliyada ilk dəfə skudettonu qazandığını xüsusi vurğulayaq. 64 yaşlı mütəxəssis həqiqətən də təşkilatlanmış və döyüşkən komanda yarada bilmişdi. Mütəxəssislər hələ mövsümün gedişində bu “Napoli”nin məhz onun məşqçilik karyerasında ən mükəmməl əsəri olduğunu əminliklə iddia edirdilər. Bu komandanın əsas simalarını da qeyd edək. Kapitan Covanni Di Lorentso ilə A seriyasında debüt edən Kim Min Ce müdafiədə, Stanislav Lobotka yarımmüdafiədə, Viktor Osimhen ilə Xviça Kvaratsxeliya isə hücumda mükəmməl oyun sərgilədilər. Yığmamızın sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlu olan Xviça İtaliya çempionatında əla debüt etdi: gürcü futbolçu 12 qolun və hamıdan çox – 10 məhsuldar ötürmənin müəllifi oldu. Nigeriyalı Osimhen isə 26 qolla mövsümün ən yaxşı bombardiri adını qazandı.

“Latsio” 2-ci oldu
“Latsio” da azarkeşlərini sevindirdi. Paytaxt təmsilçisi xüsusilə mövsümün həlledici mərhələsində əsas rəqibləri ilə müqayisədə daha çox xal topladı. Mauritsio Sarrinin komandasının Çempionlar Liqasına (ÇL) layiq olduğu vəsiqəni qazandığını qeyd etməliyik. “Qartallar”ın qitənin ən nüfuzlu klub turnirində 3 ildən sonra oynayacağını da bildirək. Doğrudu, komandanın aparıcı hücumçusu Çiro İmmobile son illər ən zəif çıxışı ilə yadda qaldı. Amma İvan Provedel qapıda, Alessio Romanyoli müdafiədə, Sergey Milinkoviç-Saviç isə yarımmüdafiə və hücumda əla çıxışı ilə romalıların uğurunda böyük pay sahibi oldular.

Milanlılar ÇL-ə vəsiqə ilə kifayətləndilər
Əvvəlki iki mövsümün çempionu olan Milan klubları bu dəfə skudettoya real şəkildə iddia edə bilmədilər. Mövsüm “İnter” üçün olduqca qəribə alındı. Simone İnzaqinin komandası 12 dəfə məğlub olduğu çempionatı sonda 3-cü yerdə başa vurdu. Buna isə son turlarda yığılan xallar hesabına nail oldu. Ümumiyyətlə, “qara-göylər” üçün mövsümün sonları uğurlu alındı. İtaliya kubokunu qazanan “İnter” 10 ildən sonra ÇL-in finalına vəsiqə qazandı. “Mançester Siti”yə minimal hesabla uduzan İnzaqinin komandasının mövsümün gedişində ölkə superkubokunu qazandığını da qeyd edək.
Milanın eyniadlı komandası da ÇL-ə vəsiqə ilə kifayətləndi. “Qırmızı-qaralar” çempion titulunu qoruya bilmədilər. Stefano Pyolinin komandası mövsümboyu qeyri-sabit çıxışla yadda qaldı. Hətta “Milan”ın sonda ÇL-ə vəsiqə qazana bilməyəcəyi təhlükəsi də ortaya çıxmışdı. Yeri gəlmişkən, lombardiyalılar bu turnirdə yarımfinala qədər irəlilədilər. Və bu mərhələdə əzəli rəqib “İnter”ə uduzdular (0:2, 0:1). Amma Pyolinin komandası bəxt sayəsində də olsa, ölkə çempionatında 4-cü yeri tutaraq İtaliyanı yenidən ən nüfuzlu klub turnirində təmsil etmək hüququ qazandılar.

“Yuventus” avrokuboklardan niyə kənarda qaldı?
Ona görə ki, reallıqda A seriyasını 72 xalla 4-cü yerdə başa vurmalı olan “Yuventus” sanksiyalara məruz qaldı. Ölkənin ən titullu klubu ziddiyyətli və dramatik mövsüm keçirdi. Massimiliano Alleqrinin komandası əslində çempionatda çox yaxşı təsir bağışladı. Lakin rəhbərliyin bir neçə il əvvəl maliyyə fırıldaqlarına əl atması turinliləri sonda əliboş qoydu. Hesabından 10 xal çıxılan “Yuventus” ÇL-ə vəsiqə qazanmaq əvəzinə 7-ci yerə düşdü. Amma UEFA mövsüm sona çatandan sonra komandanı Konfrans Liqasına vəsiqədən də məhrum etdi. Nəticədə bu turnirdə İtaliyanı yenidən A seriyasını 8-ci yerdə başa vuran “Fiorentina” təmsil etmək hüququ qazandı.
“Atalanta” və “Roma” da avrokuboklara vəsiqə qazandılar. Bu komandalar Avropa Liqasında (AL) mübarizəyə qrup mərhələsindən başlayacaqlar. “Atalanta” birillik fasilədən sonra qitə kuboklarında oynayacaq. Can Pyero Qasperininin komandası mövsümü 5-ci yerdə başa vurdu. “Roma” isə 6-cı oldu. Joze Mourinyo bir qədər problemli heyətlə paytaxt təmsilçisini AL-in finalına çıxardı. Lakin “Sevilya”ya penalti seriyasında məğlubiyyət “canavarar”ı ÇL-ə vəsiqədən etdi.

Uğursuzlar
Son üç yeri tutan “Spetsiya”, “Kremoneze” və “Sampdoriya” A seriyası ilə vidalaşdılar. “Kremoneze” mövsümün ikinci yarısında yaxşı təsir bağışlasa da, bir ildən sonra yenidən B seriyasında çıxış edəcək. Son 12 turda yalnız bir qələbə qazanan “Spetsiya” yüksək liqada qalmaq uğrunda pley-off oyununda “Verona”ya uduzaraq (1:3) azarkeşlərini məyus etdi. “Sampdoriya”nın 2-ci diviziona düşməsi isə səs-küylü oldu.

Maraqlıdı ki, Genuya klubunun uğursuzluğu fonunda əzəli rəqibi “Cenoa” A seriyasına qayıtdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-03-2023, 15:0

Liderin iki seriyası qırıldı

Dünya futbolu

31-10-2022, 11:0

“Napoli” 36 illik rekordunu yenilədi

Dünya futbolu

29-05-2023, 16:0

Prezident Spallettinin aqibətini açıqladı

Dünya futbolu

27-10-2022, 23:0

İtaliya klubunda yeni rekord

Dünya futbolu

6-09-2022, 21:0

Avropa çempionu nəyə təəssüflənir?

Reportaj / Çempionlar Liqası

25-04-2023, 18:0

“Milan” 16 ildən sonra yarımfinalda - REPORTAJ

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
Daha çox
Oxunub: 157
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 89
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə