Luçano Spalletti ilə bağlı gözlənilən açıqlama verilib.
"Football-plus.az" xəbər verir ki, Aurelio De Laurentis baş məşqçinin mövsümün sonunda komandadan ayrılacağını bəyan edib.
“Napoli”nin prezidenti jurnalistlərə açıqlamasında belə deyib:
“Bəli, Spalletti mənə dedi ki, o, birillik məzuniyyət götürməyi üstün tutur. Ondan imtina edə bilərəm? O, klubumuza çox şey verdi. Mən Spallettiyə gördüyü işlərə görə minnətdaram”.
Xatırladaq ki, “Napoli” 64 yaşlı mütəxəssisin rəhbərliyi altında 33 ildən sonra ilk dəfə İtaliya çempionu olub.