Lorentso İnsinye ABŞ çempionatında uğurla çıxış edir.
“Napoli”ni bu yay azad agent kimi tərk edən 31 yaşlı futbolçu MLS-də iştirak etdiyi 9 oyuna 6 qol vurub. “Toronto”nun AÇ-2020-nin qalibi olan yarımmüdafiəçisi jurnalistlərə son açıqlamasında bir təəssüfünü dilə gətirib:
“Təəssüf ki, İtaliya karyeram ərzində bir dəfə olsun çempionluq sevinci yaşaya bilməmişəm. “Napoli”nin əvvəlcə Mauritsio Sarri, sonra isə Luçano Spallettinin rəhbərliyi altında skudettonu qazanmaq şansı vardı. Ancaq buna nail ola bilmədik. Komandanın gec-tez hədəflərinə çatacağına ümid edirəm. Azarkeşlər “Napoli”yə necə lazımdırsa, dəstək verirlər”.