Rusiya Basketbol Federasiyasının prezidenti Andrey Kirilenko bildirib ki, rəhbərlik etdiyi qurum mili komandaların Afrika yığmaları ilə yoldaşlıq oyunları keçirməsiyə bağlı müzakirəyə hazırdı:
“Afrikada çox yaxşı komandalar var, MBA ulduzlarının bir çoxu ordandı. Potensial planında heç qiymətləndirilməyən zonadı. Məsələn, Nigeriya, Mali uşaqlar və yeniyetmələr arasında keçirilən yarışlarda dominantlıq edirlər. Orda bütün uşaqlar atletik cəhətdən möhkəmdi, bəlkə də ona görə ki, çox tez yetişirlər. Mən şəxsən Afrika komandaları ilə görüşlər keçirməklə bağlı müzakirəyə açığam. Xüsusən də söhbət gənclər yığmalarından gedirsə. Hərçənd əsas yığmaları da müzakirə etmək olar”.
Xatırladaq ki, Beynəlxalq Boks Federasiyası (FIBA) ötən ilin martında Rusiyanın yığmalarını və klublarını öz bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırıb. Bu üzdən Rusiya basketboluna rəhbərlik edənlər dünya arenasına çıxmağın yollarını axtarırlar. İndi onlar üçün kimlə oynamağın elə bir ciddi fərqi yoxdu; olmasın afrikalılar, olsun asiyalılar, olmasın asiyalılar, olsun Antarktidada yaşayan pinqvinlər və suitilər...