Rusiya və Belarusa növbəti sanksiya

13.03.2022 10:20 635
İdman
Rusiya və Belarus Universiada-2022 turnirindən xaric edilib.

"Football-plus.az" saytının məlumatına görə, bu haqda Beynəlxalq Tələbə İdmanı Federasiyası (FİSU) xəbər yayıb. Qurum bu ölkələri ən azı bu ilin sonunadək öz bayraqları altındakı bütün yarışlardan uzaqlaşdırıldığı bildirib.

Tələbələr arasında 2022-ci ildə Rusiya və Belarusda planlaşdırılan dünya çempionatlatı da təxirə salınıb.

Bu qərarın verilməsinə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.