PSJ heyətinə daha bir yeni futbolçu qatmağa hazırlaşır.
Football-plus.az xəbər verir ki, bu məlumatı “Le Parisien” yayıb.
Paytaxt klubu “Napoli”nin oyunçusu Fabian Ruislə razılığa gəlib. PSJ 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlayacaq. Fransa nəhəngi bu keçidə görə “Napoli”yə 25 milyon avro ödəyəcək. Fabian İtaliya klubuna 2018-ci ildə “Betis”dən keçib. O, ötən müddətdə neapollularla 166 oyunda meydana çıxıb, 22 qol vuub və 15 məhsuldar ötürmə edib.
Yeri gəlmişkən, PSJ-nin qapıçısı Keylor Navas “Napoli”yə keçməyə çox yaxındı. Artıq kosta-rikalı oyunçu ilə transfer danışıqları yekunlaşıb. Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Qeyd edək ki, bu mövsümdən Canluici Donnarumma PSJ-nin əsas qapıçısı statusu qazandığı üçün Navas Paris klubundan ayrılmaq qərarına gəlib.
Artıq PSJ-ni daha bir oyunçu tərk edib. Ander Errera karyerasını İspaniyada davam etdirəcək. Klubu onu birilliyə “Atletik”ə icarəyə verib. Bilbaoluların yarımmüdafiəçini gələn yay birdəfəlik transfer etək hüququ var.
Neapoldan Parisə, Parisdən Neapola
Dünya futbolu





