“Milan”da daha bir yeni futbolçu

20.07.2023 23:10 223
Dünya futbolu
“Milan” heyətinə daha bir yeni futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, İtaliya klubu “Alkmaar”dan yarımmüdafiəçi Teyani Reyndersi transfer edib. Tərəflər 5 illik müqavilə imzalayıblar. Transferin məbləği təxminən 20 milyon avro olacaq (anlaşmada əlavə bonuslar da nəzərdə tutulub). Yarımmüdafiəçi yeni komandasında “14” nömrəli formada çıxış edəcək.

Reynders 2022/23 mövsümündə “Alkmaar”ın heyətində bütün turnirlərdə 54 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.