Amsterdamdan Londona yollandı

13.08.2023 18:20 190
Dünya futbolu
Edson Alvares “Ayaks”ı tərk edib.

"Football-plus.az" xəbər verir ki, o, çıxışını İngiltərədə davam etdirəcək.

Yarımmüdafiəçi “Vest Hem” ilə müddəti 2028-ci ilin yayına qədər razılaşdırılan müaviləyə qol çəkib. London klubunun ona görə nə qədər xərcə düşməsinə rəsmən aydınlıq gətirilmir. Edson yeni komandasında “19” nömrəli formanı daşıyacaq.