Kodi Qakponun yeni ilə İngiltərədə başlayacağı böyük ölçüdə məlum idi.
“Liverpul” PSV-nin hücumçusunun transferini rəsmiləşdirib. İngiltərə klubunun saytının məlumatına görə, Qakpo yeni komandasında “18” nömrəli forma ilə çıxış edəcək. 23 yaşlı hücumçu ilə müddəti 2028-ci ilin yayına qədər razılaşdırılan müqavilə imzalanacaq. “Liverpul” niderlandlı oyunçu üçün 42 milyon avro təzminat ödəyəcək. Müqavilədə PSV-nin bonus kimi 8 milyon avro irəli düşə biləcəyi də qeyd edilib. DÇ-2022-nin iştirakçısı olan Kodi yeni komandasına yanvarın əvvəlində tibbi müayinədən uğurla keçəndən sonra qoşula biləcək.
Qeyd edək ki, gənc futbolçu bu mövsüm klubda və Niderland yığmasında ümumilikdə 34 oyunda meydana çıxıb, 18 qolun və bir o qədər məhsuldar ötürmənin müəllifi olub.