“Barselona”dan PSJ-yə keçdi

13.08.2023 10:30 207
Dünya futbolu
Gözlənildiyi kimi, Usman Dembele “Barselona”nı tərk edib.

"Football-plus.az" xəbər verir ki, fransalı futbolçu karyerasını vətənində davam etdirəcək. Yarımmüdafiəçi PSJ-yə keçib.

Paris klubunun mətbuat xidmətinin yaydığı məlumatda “Barselona”ya nə qədər təzminat ödəniləcəyinə aydınlıq gətirilməyib. Amma Dembelenin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə razılıq verdiyi bildirilib.

Usman “Barselona”ya 2017-ci ildə Dortmund “Borussiya”sından keçmişdi. O, kataloniyalıların heyətində La Liqada 127 matçda meydana çıxıb, 24 qol vurub.