Emrelinin komandasından heç-heçə

7.04.2023 23:34 233
Ölkə futbolu / Dünya futbolu / Manşet
Türkiyə superliqasında 27-ci turun görüşü keçirilib.

“Football-plus.az” xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” “Antalyaspor”u qəbul edib. Qarşılıqlı qolların vurulduğu matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Həmyerlimiz qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb. O, meydana 66-cı dəqiqədə daxil olub.

Qeyd edək ki, “Konyaspor” 36 xalla 8-ci pillədə qərarlaşır.