Bu gün Çempionlar Liqasının liqa mərhələsində“Sabah”ı çətin, çox çətin oyun gözləyir. Rəqib Avropa və dünya nəhəngi, titullarının sayı-hesabı olmayan “Barselona”dı. Lamin Yamalın Bakıya gəlməməsi “bayquşlar”ı bir qədər sakitləşdirsə də, onsuz da rəqibi heyətində dünya ulduzlarının sayı çoxdu.
Bəs kataloniyalılar bu gün meydana hansı heyətlə çıxa bilər?
“Football-plus.az”ın ehtimalına görə, Hans-Diter Flik meydana bu start heyətini buraxacaq (4-3-3): qapıçı - Xuan Qarsiya, müdafiəçilər – Joao Kanselo, Jerar Martin, Franki De Yonq, Pau Kubarsi; yarımmüdafiəçilər - Pedri, Mark Bernal, Fermin Lopes;
hücumçular - Entoni Qordon, Karim Adeyemi, Rafinya.
İSRAYIL XEYRULLAYEV
“Barsa”nın mümkün start heyəti – “Sabah”la oyunda bu futbolçular meydana çıxa bilər
Avrokuboklar




