"Sabah"ın U-19-u "Barselona"ya 7 cavabsız qolla uduzdu

25.11.2026 18:15
Avrokuboklar
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında 5-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi Bakıda "Barselona" ilə üz-üzə gəlib.

"Bank Respublika Arena"da keçirilən görüş İspaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 0:7.

Xatırladaq ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu "Sabah" U-19 əvvəlki 4 matçın hamısında məğlub olmuşdu. Komanda hazırda turnir cədvəlində 36-cı pillədə qərarlaşıb.