“Mövsüm boyunca bədənimlə mübarizə apardım”

25.11.2026 17:27
İdman
"Football-plus.az" xəbər verir ki, belaruslu tennisçi Arina Sobolenko 2026 mövsümü ilə bağlı emosiyalarını bölüşüb.

28 yaşlı tennisçi sosial şəbəkə hesabında bunları yazıb:

“2026-cı il necə alındı... Nə qədər inanılmaz anlar və pərdə arxasında qalan nə qədər çətinliklər. Mövsüm boyunca daim bədənimlə mübarizə apardım: ağrıları unutmaq və bəlkə də etməməli olduğum günlərdə korta çıxmaq lazım gəldi. Ancaq mənim xarakterim belədi – həmişə mübarizə aparıram, bəzən hətta hədsiz inadkarcasına. Bu mövsüm bu qədər güc sərf etməyimlə qürur duyuram. Bütün bu çətinliklərin öhdəsindən gəlməkdə mənə yardım edən komandama, həmçinin bu qədər sevgi və dəstək göstərən azarkeşlərə minnətdaram. İndi fasilə vermək, bərpa olunmaq, güc yığmaq və bədənimə əvvəlki əzəməti qaytarmaq vaxtıdı. 2027-ci ilin nə gətirəcəyini səbirsizliklə gözləyirəm”.

Sobolenko dünya reytinqinin 3-cü pilləsində qərarlaşıb. O, bu il Brisben, İndian-Uels və Mayami-Qarden turnirlərində qələbə qazanıb. İl boyunca iki dəfə Yelena Rıbakinaya uduzub – Avstraliya Açıq Çempionatının və “US Open”in finalında.