Yamal gəlmədi, bilet əllərdə qaldı?! – “qara bazar”da nə var, nə yox?

25.11.2026 18:45
Avrokuboklar
“Sabah” – “Barselona” qarşılaşmasına böyük maraq bilet satışında olduğu kimi, “ikinci əl” bazarında da özünü göstərir. Matça cəmi 3 saat qalıb. Tarixi görüşü stadiondan izləmək istəyən, lakin rəsmi satış zamanı bilet əldə edə bilməyən bəzi azarkeşlər alternativ yollara üz tutmağa məcburdu. Bu vəziyyətdən yararlanmaq istəyənlər isə biletləri müxtəlif elan saytlarında və sosial şəbəkələrdə nominal qiymətindən qat-qat baha təklif edirlər.

“Lalafo”, “Facebook”dakı “Biletalırambiletsatıram” qrupu, “tap.az”, “whatsapp” kimi platformalarda intensiv iş gedir.

“Football-plus.az” olaraq, elan saytlarında fərqli qiymətlərlə satışa çıxarılan çoxli bileyə rast gəldik. Bəzi satıcılar biletləri 99-150 manat, digərləri isə 200-500 manat aralığında təklif edirlər. Hətta iki bileti birlikdə 500 manata satmaq istəyənlər də var.

Maraqlıdı ki, elanlarda daha ucuz təkliflərə də rast gəlinir. Məsələn, bu gün yerləşdirilən elanlardan birində 319-cu sektorda yanaşı yerlərdə olan iki bilet 120 manata təklif edilib. Başqa bir elanda isə iki bilet üçün 500 manat tələb olunur.

iTicket-in qaydalarına əsasən, biletlər QR formatındadı, yalnız alışın həyata keçirildiyi hesab vasitəsilə tətbiqdə istifadə edilə bilər və ekran görüntüsü ilə stadiona daxil olmaq mümkün deyil. Bu səbəbdən qeyri-rəsmi satış zamanı saxta bilet və ya eyni biletin bir neçə şəxsə satılması riski də var...

İSRAYIL XEYRULLAYEV