Heylunn MY-li oldu

8.08.2023 23:20 658
Dünya futbolu
Rasmus Heylunn artıq “Mançester Yunayted”in oyunçusu sayılır.

"Football-plus.az" xəbər verir ki, “Atalanta”nın hücumçusunun İngiltərə klubuna transferi rəsmiləşib.

Danimarkalı futbolçu ilə “5+1 il”lik müqavilə imzalanıb. İngiltərə mətbuatının xəbərinə görə, MY 20 yaşlı futbolçu üçün 70 milyon avrodan çox təzminat ödəyəcək.

Heylunn “Atalanta”ya bir il əvvəl keçmişdi. İtaliya klubu onu 2022-ci ilin avqustunda “Şturm”dan (Avstriya) 17,2 milyon avroya almışdı. Gənc futbolçu A seriyasında keçirdiyi 32 oyunda 9 qol vurub.