MY danimarkalı hücumçunun transferini həll etdi

30.07.2023 17:20 258
Dünya futbolu
[b][/b]“Mançester Yunayted” Rasmus Heylunnun transferi üçün “Atalanta” ilə razılığa gəlib.

“Football-plus.az” xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı xəbərə görə, İngiltərə klubu berqamolulara təxminən 70 milyon avro təzminat ödəyəcək. 20 yaşlı hücumçu MY ilə 5 illik müqaviləyə razılaşıb. Daha əvvəl danimarkalı oyunçunun İngiltərə klubunda ilə 5 milyon avro maaş alacağı iddia edilmişdi.

Hoylund “Atalanta”da 2022-ci ilin avqustundan çıxış edir. O, ötən mövsüm bütün yarışlarda 34 matçda iştirak edib, 10 qol vurub və 4 qolun ötürməsini verib.