Türkiyə çempionatında böyük səbirsizliklə gözlənilən yeni mövsümün startına cəmi 1 həftə qalıb.
"Football-plus.az" xəbər verir ki, Türkiyənin məhşur bukmeker kontoru ''iddaa'' superliqada 2023/24 mövsümünün çempionluq əmsallarını açıqlayıb.
Həmin əmsala əsasən belə çıxır ki, çempionluğa əsas namizəd ''Qalatasaray''dı. Son çempion statusunda olan, Mauro İkardini heyətdə saxlamağa müvəffəq olan və üstəlik Uilfrid Zaha kimi tanınmış oyunçunu transfer edən ''Cim-Bom''un çempionluq əmsalı 2,65-ə bərabərdi. İkinci favorit ''Fənərbaxça''dı. 9 ildi çempion ola bilməyən, bu yay Edin Ceko, Duşan Tadiç kimi tanınmış simaları transfer edən ''Fənər''in çempionluq əmsalı 2,80-di. İlk ''3-lüy''ü ''Beşiktaş'' tamamlayır. Bu yay transfer dönəmində o qədər də fəal olmayan, amma Şenol Günəşin təcrübəsinə güvənən ''Qartal''ın çempionluq əmsalı 3,25-di. Digər pillələrdə ''Trabzonspor'' (12,0), ''İstanbul BŞ'' (15) və ''Adana Dəmirspor'' (20) qərarlaşıb.